SON XƏBƏR

Pakistan mediası Ulu Öndərin Azərbaycanın bu ölkə ilə münasibətlərinin inkişafındakı rolundan yazıb

Mart 07
12:14 2023
Pakistanın "Pakistaneconomicnet.com”, "En.dailyittehad.com”, "Thegulfobserver.com”, "Pakistanintheworld.pk” portallarında "Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllifi Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov olan məqalədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılır.

Yazıda bildirilir ki, Azərbaycan-Pakistan münasibətləri qardaşlıq səviyyəsindədir. Vətən müharibəsində Pakistanın Azərbaycana verdiyi dəstək ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir. Pakistan yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır.
Qeyd edilir ki, Ulu Öndər Heydər Əliyev Pakistana daim böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün mühüm addımlar atıb.
 
Ümummilli Liderin Pakistan-Azərbaycan əlaqələrinin qurulmasında və inkişafında müstəsna rolu olub. Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanın dünyadakı əsas strateji müttəfiqlərindən biridir. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə intensiv xarakter daşıyır.

Məqalədə Ulu Öndərin Pakistan haqqında söylədiyi bu fikirlərə də yer verilib: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.

Məqalədə 1996-cı ilin aprelində Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər və imzalanan sazişlərin əhəmiyyətinə diqqət çəkilir.

Həmçinin bildirilir ki, Ulu Öndər qardaş Pakistanda da sevilən Lider idi.

R.Əhmədov məqaləsində, həmçinin qeyd edir ki, hazırda dövlətlərimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatıb və Prezident İlham Əliyev Ulu Öndər tərəfindən qoyulan strategiyanı uğurla davam etdirir.

Məqalədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da həmişə Pakistanla münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd edilir. Vurğulanır ki, onun təşəbbüsü və rəhbərliyi ilə Pakistanda xeyriyyə tədbirləri reallaşdırılıb. Buna görə də 2015-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Pakistanın "Hilal-e-Pakistan” ordeni təqdim olunub.

Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan, Pakistan və Türkiyə arasında üçtərəfli formatda qurulan əməkdaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır və bu əlaqələrin davamlı olması əhəmiyyətlidir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook