SON XƏBƏR

Pakistan Türkiyədən yardım istədi

Avqust 16
11:29 2016
Türkiyəni qana bulayan çevriliş cəhdindən sonra FETÖ-nun təşkilatlandığı ölkələr də təşkilata qarşı tədbirlər almaq üçün hərəkətə keçiblər.
 
Bu ölkələrdən bir olan Pakistan, Türkiyədən yardım istəyib. Türk qurumlarına məktub yazan Pakistan rəsmiləri, "Fətullahçı Terror Təşkilatı Pakistana 20 ildir sızıb.
 
Bu təşkilatı qurumlarımızdan təmizləmək istəyirik. Təmizləmək üçün yardım tələb edirik” ifadələri işlənib.
 
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki,  fəaliyyətdə olduqları ölkələrdə məktəblər açan və xüsusilə vəzifəlilərin uşaqlarını cəlb edən FETÖ bu sayədə siyasi sistemə və ölkəni idarə edən heyətə daxil olurlar.
 
FETÖ hər ölkəyə məktəb açaraq dövlətə sızır. Pakistanda FETÖ-yə aid, İslamabadda 6, Lahorda 5,Kəraçidə 3, Kuettada 3, Peşavərdə 2, Multanda 2, Harpurda 1, Heydərabadda 1, Amşorada 1 məktəb olmaqla 24 məktəb var.
 
Bu məktəblərdə Pakistan varlılarının uşaqları təhsil alır. Burdan məzun olan uşaqlar Pakistandakı dövlət sisteminə və ölkəni idarə edən heyətə sızırlar.
 
15 iyul çevrilişə cəhddən sonra FETÖ-nün fəaliyyətini davam etdiyi  ölkələri narahat etdi. Hər ölkədə eyni təşkilatlanmanı istifadə edirlər. Ölkədə olan iş adamları FETÖ-yə rüşvət vermədən heç bir iş görə bilmirlər. Bu təşkilatın özünə aid iş mərkəzləri, restavrasiyaları, otellər, tur firmaları var.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook