SON XƏBƏR

Pakistanda neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

İyun 26
06:31 2017
Pakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.
 
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə zamanı daha 117 nəfər xəsarət alıb. Xəstəxanalara yerləşdirilən yaralıların çoxu ağır vəziyyətdədir.
 
Telekanalın məlumatına görə, sakinlər çevrilmiş çənlərdən dağılmış yanacağı yığmaq üçün yola toplaşıblar. Lakin yanğın başlayıb. Şahidlər bildiriblər ki, yanğın neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən bəzilərinin siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər. Yanğın onlarla avtomobili və motosikleti də məhv edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook