SON XƏBƏR

Palata: Büdcə layihəsində xarici borclanma ilə bağlı bu sənədlər yoxdur

Noyabr 04
12:48 2025
"2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində xarici borclanma və dövlət zəmanəti üzrə limitlərin artırılması ilə bağlı alt sənədlər təqdim edilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatasının sənədə verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, xarici borclanma və dövlət zəmanəti üzrə limitlər əhəmiyyətli artırılıb, lakin bununla bağlı büdcə zərfində müvafiq alt sənədlər təqdim edilməyib.

Təqdim olunan məlumatlara əsasən, bu ilin ilk 6 ayında dövlət istiqrazlarının emissiyasından əldə edilən vəsaitlər yalnız təkrar maliyyələşməyə yönəldiliub, daxili borclanma limitindən istifadə edilməyib, xarici dövlət borclanması üzrə isə 197 milyon ABŞ dolları və 35 milyon avro dəyərində üç kredit müqaviləsi imzalanıb. Növbəti ildə limit cari ilə nisbətən daxili borclanma üzrə eyni qalsa da, xarici borclanma üzrə təqribən 1,7 dəfə artırılaraq 6 milyard manata, dövlət zəmanəti üzrə isə 1,5 dəfə artaraq 3 milyard manata çatdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook