SON XƏBƏR

"Pambıq Bağça"da natəmizlik, şiddət, nəzarətsizlik hökm sürür - VİDEO

Dekabr 06
10:33 2023
Suraxanı rayonunda yerləşən özəl bağçadaki xaotik vəziyyətlə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətçi Abdullayeva Dilbər Kamil qızı 3 yaşlı nəvəsinin getdiyi "Pambıq Bağça"da uşaqlara diqqət göstərilmədiyini, körpələrin nəzarətsiz qaldıqları üçün bir-birlərinə qarşı şiddətli davranışlar sərgilədiyini, bağçadaki natəmizlikdən narahat olduğunu "Patrul.az”a verdiyi müsahibəsində dilə gətirməklə yanaşı bunların əks olunduğu video materialları da redaksiyamıza  təqdim edib. Təqdim edilən videolarda bağça direktoru Jasmin xanımın uşaqların gözü önündə qışqırbağır salması, qapıları təpikləməsi də əks olunub. Müsahibimiz iddia edir ki, belə hadisə o, direktora şikayət etdiyi zaman da yaşanıb və direktorla yanaşı bağça müəllimləri də onun üzərinə hücum çəkiblər.

Məsələnin aidiyyatı qurumlar tərəfindən araşdırılaraq lazımlı ölçü götürüləcəyini ümid etdiyini bildirən A. Dilbər, körpələrin bu şəraitdə qalaraq həm fiziki, həm də mənəvi olaraq sarsılmalarından narahat olduğunu deyib.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook