SON XƏBƏR

Paraqvayda parlamentin binasını nümayişçilər ələ keçirib

Aprel 01
13:44 2017
Paraqvayda seçim sistemindəki dəyişikliyə görə küçəyə çıxan minlərlə etirazçı polis kardonunu yararaq, paytaxt Asunsyondakı Konqres binasına daxil olub.

Axar.az xəbər verir ki, etirazçılar şüşələri qıraraq, binanı yandırıblar.

Bəzi beynəlxalq xəbər agentlikləri etirazçıların Konqres binasını qarət etdiyini yazıb.

Yerli media aralarında siyasətçi, polis və nümayişçilərin də olduğu xeyli insanın yaralandığını açıqlayıb.

Qeyd edək ki, son seçim dəyişikliyi Prezident Orasio Kartesin yenidən namizəd ola biləcəyinə imkan tanıyır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook