SON XƏBƏR

Parlament seçkiləri keçirilir - Rusiyada

Sentyabr 18
13:40 2016
Bu gün Rusiyada vahid seçkilər günüdür.

Ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının - Dövlət Dumasının deputatlarını, o cümlədən Federasiya subyektlərinin başçılarını və Rusiyanın 38 subyektində dövlət hakimiyyətininin qanunvericilik orqanına deputatları seçirlər.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, seçki günü seçici siyahılarında qeydə alınmış 111,6 milyon rusiyalının səs verəcəyi gözlənilir. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədir. Səsvermə prosesi Rusiya ərazisində açılmış 95 mindən çox məntəqədə keçirilir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb.

Rusiya MSK sədri Ella Pamfilova seçki məntəqələrində bütün təhlükəsizlik tədbirləri görüldüyünü və məntəqələrin texniki avadanlıqla təmin edildiyini bildirib. Onun sözlərinə görə, 15 regionda və 13 şəhərdə yaradılan məntəqələrdə videomüşahidə kameraları quraşdırılıb.

MSK sədrinin müavini Nikolay Baluyev bildirib ki, saat 11:00-a olan məlumata görə, Rusiya ərazisində seçici fəallığı 10 faizi keçib: "Uzaq Şərqdə artıq seçki prosesi bitmək üzrədir. Ümumu ölkə üzrə seçici fəallığı 10 faizi ötüb. Moskva vaxtı ilə saat 11:00-da artıq Kamçatka və Çukotka muxtar vilayətində seçki seçki məntəqələri artıq bağlanıb və səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər proparsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçiləcək.(Aznews.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook