SON XƏBƏR

Paytaxtda direktor təyinatı narazılığa səbəb oldu: Müəllimlər dərsə girməkdən imtina ediblər

Noyabr 03
17:06 2025
Paytaxtın 147 nömrəli texniki və humanitar fənlər liseyində müəllimlər dərsə girməkdən imtina ediblər.

Buna səbəb liseyə yeni direktorun təyin olunması olub.

Belə ki, sözügedən məktəbdə direktor əvəzi kimi fəaliyyət göstərən Vüsalə adlı müəllimənin dövründə məktəbin göstəriciləri yaxşılaşıb, məhz bu səbəbdən müəllimlər bir anda direktor təyinatını qəbul edə bilməyiblər. Kütləvi narazılıq ifadə etmək məqsədilə müəllimlər dərsə girməkdən imtina ediblər.

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Kəmalə Bayram qızı Şahmirova təyin edilib. Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook