SON XƏBƏR

Pedaqoji fakültələrin sayı azaldıla bilər (VİDEO)

Noyabr 20
10:34 2025
Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir. Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl Milli Məclisdə çıxışı zamanı bəzi universitetlərə tələbə qəbulunun azaldılacağını bildirib. Nazir qeyd edib ki, bu addım təhsildə keyfiyyətin artırılması məqsədi daşıyır.

Məsələyə münasibət bildirən təhsil ekspertlərinin sözlərinə görə, tələbə qəbulunun azaldılması məsələsi ilk növbədə pedaqoji fakültələrə aid edilməlidir. Ali təhsil müəssisələrinə ayrılan 60 min plan yerinin 25 mini məhz pedaqoji ixtisaslara aiddir.

Ekspertlər hesab edir ki, pedaqoji ixtisaslara qəbulu azaltmaq üçün ilk növbədə müəllimlik ixtisasına qəbulda müəyyən şərtlər tətbiq edilməlidir. Xüsusilə bölgə universitetlərində 200 balla pedaqoji ixtisaslarda təhsil alan tələbələrin sayı kifayət qədərdir.

Pedaqoji fakültələrin sayı azaldıldıqdan sonra bölgələrdə müəllim çatışmazlığının yaranmaması üçün tamştatlı kadr kimi müəyyən güzəştlərlə təyinat verilməlidir.//Xəzər TV
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook