SON XƏBƏR

Pentaqon: “Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan dəyib”

Aprel 11
08:43 2017
"Şayrat” aviabazasına endirilən raket zərbələri Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan vurub.

APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

"Zərbələr silah-sursat, yanacaq ehtiyatları, hava hücumundan müdafiə vasitələri və Suriya hərbi təyyarələrinin 20%-nin məhvi və yaxud zədələnməsi ilə nəticələnib. Bundan sonra Suriya hökuməti yenidən kimyəvi silaha əl atsa, çox ehtiyatsız hərəkət etmiş olacaq”, deyə C.Mettis qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun "Şayrat” aviabazasına zərbə endirilib. Ümumilikdə aviabazaya 59 ədəd "Tomahawk" raketi atılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook