Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanı təxribatçı adlandırıb
Dekabr 27
17:01
2022
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarını təxribat hesab edir.
Qlobal.az APA-ya istinadla xəbər verir ki, Peskov news.am saytına açıqlamasında bildirib ki, Qriqoryanın bu kimi bəyanatlarına təxribat kimi baxılmalıdır: "Bu bəyanatlar həqiqəti əks etdirmir. Rusiya məmurlarından heç kim bu barədə açıqlama verməyib və kiminsə vasitəsilə erməni tərəfinə bunu çatdırmayıb”.
Qeyd edək ki, A. Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.