SON XƏBƏR

PKK-çılarla toqquşmada 3 əsgər ölüb, 6 terrorçu məhv edilib

Noyabr 01
00:06 2016
Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub.
 
APA-nın məlumatına görə, atışma zamanı 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.
 
Silahlı toqquşma Dağlıca bölgəsindəki Hisar dağında PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı baş verib.
 
Yaralı əsgər Hakkaridəki xəstəxanaya çatdırılıb.
 
Terrorçulara qarşı havadan da dəstək verilən əməliyyat davam edir.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook