PKK-dan şok etiraflar: “Məhəmməd peyğmbər lağa qoyulur, Öcalan gerçək lider deyil…”
Yanvar 25
21:14
2016
15 il ərzində PKK-da döyüşən Botan Zaxros adlı şəxs terror təşkilatına dair şok etiraflar edib. "Gerçək Həyat” jurnalına danışan B. Zaxros PKK-nın üzvlərini saxlamaq üçün tez-tez yalan informasiyalarla manipulyasiya etdiyini deyib: "Misal üçün, 2013-cü il 15 fevral tarixində Kandırada Halit Aktaş adlı bir üzvümüzün kürdlərə qarşı təzyiqlərə etiraz olaraq özünü yandırdığını dedilər. Halbuki həmin şəxs təşkilatın əmrlərinə qarşı çıxdığı üçün yandırılaraq öldürülmüşdü. Lakin hadisə etiraz aksiyası kimi təqdim olundu və üzvlər buna inandırıldı. Bundan başqa, Yüksekovada Cüneyt Ertuş adlı 12 yaşlı bir uşağın etiraz aksiyasında polis tərəfindən tutulduğu və qolunun sındırıldığı deyilirdi. Amma ümumiyyətlə, belə bir şey olmamışdı. Buna bənzər yalan təbliğatlarla minlərlə insanı təşkilata cəlb edirlər”.
Onun sözlərinə görə, PKK onlara həmişə "düşmənin qəlbi İstanbuldur” deyə təbliğat aparıb. "Abdulla Öcalan PKK-nın gerçək lideri deyil, o, əslində bir vitrindir. Əsl lider Cəmil Bayıkdır. Həbsdə olması onsuz da Öclanın təsirini azaltmışdı. İndi isə ümumiyyətlə təsiri sıfıra bərabərdir. Bu il PKK daxilində tarixi qərarlar verildi. Onlardan biri Bahol Erdalın öldürülməsi, digəri isə Öcalanın nüfuzunun tamamilə yox edilməsidir. Baholun öldürülməsini qəbul etmirlər, amma o, ayda ən azı bir dəfə açıqlama verər, Əsədlə əməkdaşlığa qarşı çıxardı. Əvəzini canı ilə ödədi. 2009-cu ilin iyun ayında Qəndildən "İstanbulu cəhənnəmə çevirin” əmri gəldi. Atəşkəs dövrü idi, buna görə də əmrə təəccüblənmişdik. Lakin sabah başa düşdük ki, Çevik Bir prokurorluğa ifadə verməsi üçün çağırılıb, bu da ona cavabdır”, – deyə o qeyd edib.
Etirafçı bildirib ki, ingilislər PKK-nı tamamilə ələ almaq niyyətindədir: "Lakin hələlik addım atmayıblar. İngiltərənin ümumiyyətlə PKK-nı idarəçiliyi altına alacağı gözlənilir və bu yaxın dövrdə baş verə bilər. Əgər bu baş verərsə, ondan bölgədə çox şey dəyişəcək, PKK və PYD-nin (Suriya qolu – red) içində böyük təmizlik əməliyyatı aparılacaq. Bundan başqa, İran da PKK-ya böyük dəstək verir. Hazırda Pejak (PKK-nın İran qolu-red) ilə İran razılaşıb. Son xəndək müharibəsi də İranın verdiyi silahlar hesabına aparılır. İranla PKK arasında həm də narkotik ticarəti mövcuddur. Əfqanıstandan gətirilən narkotik İran üzərindən Türkiyəyə gedir. PKK tranziti təmin edir. Narkotiklərin Türkiyədə təhvil verdiyi nöqtə Yüksekova-Başkale xəttidir”.
Onun sözlərinə görə, PKK ilə PYD hazırda qarşıdurmadadır və PYD PKK-dan ayrılaraq müstəqil olmaq istəyir. "Gəzi hadisələri zamanı israillilər mənimlə görüşdü. Onlar Gəzi etirazlarına qatılmağımızı istədilər. Bunun qarşılığında 5 il ərzində İsraildə bizim üçün xüsusi təlim düşərgəsi quracaqlarına söz verdilər. İngiltərə kəşfiyyatının yüksək rütbəli şəxslərindən biri ilə Fatihdəki "Burger King”də görüşdük. Mənə, "kürdləri bura gətirin, hökumət devriləcək, sən də qəhrəman olarsan” dedi. PKK-nın rəhbərliyi bunu bir fürsət olaraq gördü. Qəndil bizə "Taksimə gedin və orada olduğunuzu bəlli edin” əmrini verdi. Lakin Gəzi həm də PKK-nın iflas olduğu mühüm məqamlardan biri oldu. Bu, təşkilata böyük dərs verdi”, – deyə o bildirib.
B. Zaxros PKK-nın birinci məqsədinin İslam dinini yox etmək olduğunu vurğulayıb: "Təlimlərimizdə İslamın peyğəmbəri və digər müqəddəs şəxsləri lağa qoyulur, pis nümunə kimi İslamın adətlərini göstərirlər. Lakin kürd ictimaiyyətində İslama qarşı olduqlarını bildirməzlər. Sadəcə, gözləyirlər və zamanı gələndə onlara da eyni şeyi təbliğ edəcəklər”.
Publika.az



