Poroşenko Fransada Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
İyun 20
01:22
2016
Ukrayna prezidenti Pyotr Poroşenko Fransa səfəri zamanı Fransua Ollandla Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək.
Musavat.com xəbər verir ki, səfər zamanı həmçinin Ukrayna və Fransa arasında ikitərəfli əlaqələr, Donbas konfliktinin həlli və Ukraynanın ərazi bütövlüyü məsələsindən də danışılacaq.
Poroşenkonun səfər zamanı Milli Şuranın sədri Klod Bortolonla və Fransa Senatının sədri Jerar Larşe ilə də görüşü planlaşdırılıb.
Qeyd edək ki, Ukrayna və Fransa prezidentlərinin görüşü iyunun 21-də baş tutacaq.