SON XƏBƏR

Poroşenko özünü Krım tatarı adlandırdı

May 18
19:17 2016
Ukrayna prezidenti Petr Poroşenko bu gün Krım tatarlarının deportasiyalarının növbəti ildönümünə həsr olunmuş xatirə tədbirində özünü Krım tatarı adlandırıb. "Bu gün böyük həmrəylik günümüzdür. Mən də Krım tatarıyam”, – deyə o bildirib.
 
Poroşenkonun sözlərinə görə, deportasiya olunanlarla bağlı sənədləri oxuyanda, onların hansı müsibətlərdən keçdiyini görəndə az qalır adamın damarlarında qanı donsun”.
 
Xatırladaq ki, 1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar – bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub.

2014-cü ildə Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra tatarların hüquqları yenidən pozulmağa başlayıb və minlərlə insan Vətənini tərk etmək məcburiyyətində qalıb
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook