SON XƏBƏR

Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31.4 milyon ayırdı

May 26
14:37 2023
Zəngilan rayonunda Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook