SON XƏBƏR

Prezident Misirə getdi

Oktyabr 13
06:04 2025
Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

Qlobal.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıblar.













Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook