SON XƏBƏR

Prezident Obama Məhəmməd Əlidən yazıb- (məqalənin geniş versiyası)

İyun 05
18:22 2016
Barak Obama Məhəmməd Əli haqqında yazıb. "The Telegraph on Sunday” qəzeti ABŞ prezidenti Barak Obamanın boks əfsanəsi Məhəmməd Əli Cassius Marcellus Clay haqqında xatirə məqaləsini dərc edib.

Prezident yazır ki, Məhəmməd Əli 1959-cu ilin şaxtalı qış səhərlərində dan yeri sökülər-sökülməz qaçışa başlayarmış. Bundan altı ay sonra o, Roma Olimpiadasının çempionu olub.

O məktəbdə oxuduğu illərdə başqa uşaqlar kimi avtobusa minməz, avtobusla ötüşərdi, yazır Obama, uşaqlar onu "dəli” adlandırırdılar.

Barack Obama yazır ki, çox tezliklə bütün dünya onun öz yolunun olduğunu biləcəkdi.

Məhəmməd hələ Cassius olanda...

"Mən Məhəmməd Əli Cassius Clay olan vaxtlarda çox uşaq olmuşam və onu xatırlamıram” – deyilir məqalədə.

ABŞ prezisdenti yazır ki, o təkcə dünyanın ağır çəkili çempionu deyildi və bəzi vaxtlarda ziddiyyət və nifrətin obyektinə çevrilmişdi.

"Əli dörd illik sürgündən sonra fövqəladə şəkildə qayıdış edib çempion adını geri almaqla dünyanı şoka salanda da, mən hələ məktəbdəydim – yazır Obama, - Amma mən onun məhz bu xüsusiyyətinə həmişə qibtə etmişəm: Onun bütün gücünü səfərbər edə bilmək qabiliyyətinə, düşmənçilik qarşısında mərdliyinə, tufandan çıxmağına və öz yolundan dönməzliyinə”.

Obama yazır ki, sonunda Əlini təkcə bir boksçu kimi yox, bir insan kimi də formalaşdıran məhz bu xüsusiyyələri idi.

Məqalədə deyilir ki, Əli bütün fiziki qüdrətinin imkan verdiyi qədər dünya boyunca sülh və barışıq gücünə çevrilmişdi.

Prezident Əli ilə bağlı bir epizodu da xatırladır. O Filadelfiya xəstəxanasına baş çəkəndə ayaqları olmayan oğlan uşağını qucağına alıb demişdi: "Təslim olma. İndi adamlar kosmosa uçurlar. Sən də bir gün yeriyib bütün bunları edəcəksən”. O bundan sonra məşhur "Əli ayaqsürüşdürməsi”ni nümayiş etdirməklə balaca oğlanı güldürmüşdü.

O həmişə çempion olacaq

Obama yazır ki, o öz məşhurluğunu xeyirxahlığa həsr etmiş bu insana həmişə heyran olub.

O 1990-cı ildə İraqda 14 amerikalını girovluqdan azad etdirib, Nelson Mandela azadlığa çıxan kimi Cənubi Afrikaya səfər edib, BMT-nin sülh elçisi kimi yoxsul əfqan məhktəblərinə baş çəkib.

Prezident xatırladır ki, hətta Parkinson xəstəliyi Əlinin hərəkətlərini məhdudlaşdıranda da o bütün yaşlardan olan insanlarla bağlarını itirməyib.

Ondan nə üçün belə qlobal məşhur olduğunu soruşanda titrəyən əllərini uzadar, barmaqlarını geniş açar və deyərdi: "Mən indi insan oğluyam. Məni insanlara onlardakı Allah birləşdirir”.

Məqalədə deyilir ki, Məhəmməd Əli insanları yıxılandan sonra qalxmağın qüdrətinə ilhamlandırır.

"Məhz buna görə də o həmişə çempion olaraq qalacaq” – yazıb Barak Obama (BBC).





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook