Prezident yeni Agentlik yaratdı
Dekabr 30
16:38
2025
Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Qlobal.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.
Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
Nazirlər Kabineti bir ay müddətində Agentliyin işçilərinin say həddini müəyyən etməli, qurumun maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.