SON XƏBƏR

Prezidentin yüksək vəzifə verdiyi Ceyhun Cəlilov kimdir?

Noyabr 12
13:10 2025
Xəbər verdiyimiz kimi, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.

2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub. O, ötən ilin aprel ayında Ali Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunmuşdu. 

Evlidir, iki övladı var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook