SON XƏBƏR

Professordan şok ittiham: “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır”

Noyabr 12
13:22 2025
"2 ildir Mədəniyyət Nazirliyi ilə mübarizə aparıram. Ümumən 20 nəfərik. Camaat 1 manat rüşvət alanda 15 il iş kəsirlər. Amma Mənzər Nurəiyeva orada korrupsiya ocağı açıb, heç nə etmirlər”.

Bu sözləri "Yeni Sabah”a Nizami Gəncəvi adına Ədəbiyyat İnstititunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd bildirib.

O qeyd edib ki, Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevaya heç kimin gücü çatmır:

"O boyda Ramiz Mehdiyevi ev dustağı etdilər, amma Mənzərə dövlətin gücü çatmır. Arxası çox güclüdür. Mənə dəfələrlə zəng vurub deyiblər ki, onunla işin olmasın, sənin üçün pis olar. Yeyir, dağıdır, yenə də toxunulmazdır. Əvvəl naziri qınamırdım, xətrini çox istəyirdim, indi görürəm ki, onun da gücü çatmır. Onda niyə oturub orada? Balıq başından iylənir. Mənzər orada 8 milyon pul yeyib. Hesablama Palatası haraya baxır?!”
 


Vüqar Əhməd qeyd edib ki, Mənzər Nurəliyeva Qubada öz qonşusunun evini yandırıb, bunu sübut edəcək videolar da var: 

"Deyirlər ki, ona gücün çatmayacaq. Xeyir, çatacaq. Qüruru yol vermir ki, desin, səhvlərimi boynuma alıram.

Qızım Almaxanım da daxil olmaqla, 20 nəfər hazırda nazirliyin "qara siyahı"sındadır. Nazirlik , nazirin özü mesajlara cavab vermir. Əbülfəs Qarayevdən artıqsan?! Belə olmaz, mədəniyyət naziri mədəniyyət sahəsini bilən olmalıdır. Əvvəlcə məni qəbul etdilər, 60 illik yubileyimdə fəxri fərman verdilər. Sonra bu da çaşdı. Vəzifəyə gələn kimi hamısı harınlayır”.

Alim AMEA-nın 80 illik yubileyi ilə bağlı da narazılığını bildirib:

"Kim akademiyanın rəhbərliyini tənqid edirdisə, hamısına mükafat verdilər. Kimi ki, işinə can qoyurdu, kənarda qaldı. Mənim şöbəm də. Əski əlifbada olan qədim kitab və jurnalları "tərcümə" etmişdik, karantin vaxtı "Molla Nəsrəddin" Ensiklopediyası üzərində işləmişdik. Bizə heç qələm də vermədilər. Mükafatı yenə Ramiz Mehdiyevin adamları aldı. Zalı təsərrüfat müdirləri və katibələrlə doldurdular. Mədəniyyət Nazirliyi də eyni gündədir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook