SON XƏBƏR

Putin: Avropa müharibəyə başlasa, bu dəqiqə döyüşməyə hazırıq

Dekabr 02
20:50 2025
Rusiya Avropa ölkələri ilə müharibə etməyə hazırlaşmır.

APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda Avropa ilə müharibəyə hazırdır.

"Amma əgər Avropa müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır", - deyə Putin bildirib.

O qeyd edib ki, Avropa Ukrayna üzrə sülh planı ilə bağlı Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür: "Əgər Avropa Rusiya ilə müharibəyə başlasa, yaxın zamanda Moskvanın "danışıqlar aparması üçün adam qalmayacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook