SON XƏBƏR

Putin: “Bu filmdən təsirlənib KQB-yə girdim”

İyun 19
06:32 2017
"KQB-yə (SSRİ Dövlət Təhlükəsizlik Xidməti) daxil olmağı həmişə arzu edirdim”

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin amerikalı kinorejissor və jurnalist Oliver Stouna müsahibəsində deyib.

Dövlət başçısı 1975-ci ildə KQB-də xidmətə başladığını bildirib:

"Hüquqşünaslıq fakültəsinə daxil oldum. Çünki KQB-də çalışmaq istəyirdim. Məktəbdə şagird olduğum zamanlarda Leninqradda KQB-nin ofisinə gedib, onlarla çalışmaq üçün nə etmək lazım olduğunu soruşurdum. Orada çalışanlar da mənə daha yüksək təhsil səviyyəmin olmasının vacibliyini bildirirdilər. Lakin onlarla heç bir əlaqəm yox idi. Məni tapıb, iş təklif etdilər”.

Kreml rəhbəri casusluq və kəşfiyyat fəaliyyəti ilə bağlı bir çox film izlədiyini, xüsusilə SSRİ zamanında çəkilən "Baharın 17-ci anı” filmindən təsirləndiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook