SON XƏBƏR

Putin Ərdoğanla səfir Andrey Karlovun qətlinin istintaqını müzakirə edəcək

Mart 09
17:07 2017
Rusiya Prezidenti Vladimir Putin martın 10-da Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Andrey Karlovun qətlinin istintaqını da müzakirə edəcək.
 
Trend-in məlumatına görə, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
D.Peskov qeyd edib ki, dövlət başçılarının görüşünün gündəliyi kifayət qədər genişdir:
 
"Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Tərəflər ticari-iqtisadi əməkdaşlığı, "Türk axını", "Akkuyu" AES kimi layihələrin icrasını, Suriya böhranını, eləcə də Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı aparılan istintaq işini də müzakirə edəcəklər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook