SON XƏBƏR

Putin etiraf etdi – ABŞ super gücdür

İyun 18
17:03 2016
Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada yeganə super güc hesab etdiyini bildirib.
 
Anspress-in məlumatına görə, bu sözləri o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
 
"ABŞ böyük dövlətdir. Bu gün, yəqin ki, yeganə super gücdür. Biz bunu qəbul edirik”.
 
V. Putin qeyd edib ki, Moskva ABŞ-la işləməyə hazırdır: "Dünyaya ABŞ kimi güclü dövlət lazımdır. Bizə də lazımdır. Lakin bizə onların daim bizim işimizə qarışması, necə yaşamaqla bağlı bizə göstəriş verməsi, Avropanın bizimlə münasibət qurmasına mane olması lazım deyil”.
 
2014-cü ildə başlayan Ukrayna münaqişəsinə görə ABŞ və Rusiya arasında soyuq münasibətlər hökm sürür. Ukraynada baş verən dövlət çevrilişindən sonra Rusiya Krım yarmadasını öz ərazisinə birləşdirib. Daha sonra rəsmi Moskvanın dəstəyi ilə Ukraynanın şərqində 2 qondarma respublika yaradılıb.
 
Bu səbəbdən ABŞ Avropa ölkələrində olan müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edib. Sanksiyalar Rusiya iqtisadiyyatını hiss ediləcək dərəcədə zəiflədib.
 
ABŞ və Rusiyanın mövqeləri Suriyada da toqquşur. Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını dəstəkləsə də ABŞ bunun əleyhinədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook