SON XƏBƏR

Putin Sərkisyanı partiyasının qələbəsi münasibətilə təbrik edib

Aprel 04
00:53 2017
Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı parlament seçkilərində Respublika partiyasının qələbəsi münasibətilə təbrik edib.
 
Virtualaz.org Kremlin rəsmi saytında yerləşdirilmiş məlumata istinadən bildirir ki, təbrikdə deyilir: "Xalq səsverməsinin yekunları erməni vətəndaşları arasında şəxsən sizə və rəhbərlik etdiyiniz partiyaya yüksək etimadı tam həcmdə təsdiq etdi. Bu həm də sosial-iqtisadi inkişafın aktual məsələlərinin həllində və Ermənistanın milli maraqlarının qorunmasında sizin xidmətlərinizin etirafıdır”.
 
Putin gələcəkdə Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook