SON XƏBƏR

Putin Şoltsla Ukraynanı müzakirə edib

Dekabr 02
15:22 2022
Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Şolts Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Putin Rusiyanın xüsusi hərbi əməliyyatın keçirilməsinə prinsipial yanaşmalarını ətraflı izah edib.

"Putin və Şoltsun telefon danışığı zamanı Kiyevi silahla təmin edən və hərbçilərinin hazırlığını həyata keçirən Qərbin destruktiv xəttinə diqqət yetirilib", - deyə Kremlin məlumatında qeyd olunub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook