SON XƏBƏR

Putin Stalini geridə qoyur

Fevral 15
14:07 2017
Rusiyanın "Levada” sorğu mərkəzi bu ölkənin və keçmiş SSRİ-nin rəhbərlərinə münasibəti öyrənib. Novator.az-ın məlumatına görə, ölkənin 48 bölgəsində 1600 nəfər arasında keçirilmiş sorğu Stalini, Brejnevi və Putini önə çıxarıb.
 
Sovet dövlətinin qurucularından olan İosif Stalin SSRİ-yə 1924-1953-cü illərdə rəhbərlik edib.
 
Leonid Brejnev 1964-1982-ci illərdə SSRİ-nin rəhbəri olub.
 
Vladimir Putin 2000-ci ildən Rusiyaya rəhbərlik edir.
 
"Levada”nın sorğusuna görə, Stalinə 46%-in münasibəti yaxşıdır.
 
Brejnevə 47% rəğbət bəsləyir.
 
Putinə yaxşı münasibətdə olanlar isə 83% təşkil edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook