Putin türk əsgəri ilə bağlı xüsusi əmr verdi
Noyabr 29
00:35
2016
Suriyanın əl-Bab şəhərində türk əsgərinə qarşı hücum Rusiya prezidenti Vladimir Putinin xüsusi əmri ilə araşdırılıb.
Missiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Numan Kurtulmuş jurnalistlərə açıqlamasında Putinin əmrindən sonra araşdırma aparılıb və hücumun Rusiya əsgərləri tərəfindən həyata keçirilmədiyi məlum olub.
"Rusiya hücumu təşkil edən pilotların rus əsgərləri olmadığı birbaşa prezident Vladimir Putinin vasitəsi ilə müəyyən edilib. Bu barədə araşdırma başa çatdıqdan sonra əlavə məlumat veriləcək".
Noyabrın 24-də Suriyanın əl-Bab şəhəri ətrafında aparılan əməliyyat zamanı Türkiyə ordusunun 3 əsgəri şəhid olub, 10 əsgər yaralanıb.
İŞİD terrorçuları ilə döyüşdə deyil, Suriya aviasiyasının bombardmanı nəticəsində həlak olub və yaralanıblar. Hücumun noyabrın 24-də təşkil edilməsi Rusiyanın «Su 24» qırıcısının vurulması ilə bağlı qisas almaq istəyi kimi qiymətləndirildi.