Putin və Tramp arasında şəxsi görüşün təşkili hazırda müzakirə olunmur - Peskov

İyun 19
09:04
2025
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında şəxsi görüşün təşkili ilə bağlı heç bir müzakirə aparılmır.
Bu barədə o, "RİA Novosti" agentliyinə açıqlamasında deyib.
Eyni zamanda Kreml rəsmisi əlavə edib ki, belə bir görüşün keçirilməsi müəyyən hazırlıq tələb edir.
"Xeyr, hazırda belə bir şey yoxdur”, — deyə Peskov sualı cavablandırarkən qeyd edib.