Putin və Tramp görüşlə bağlı hazırlığa dərhal başlamağı tapşırıblar

Fevral 13
15:22
2025
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ötən gün baş tutmuş telefon danışığı zamanı köməkçilərinə onların görüşünün hazırlanmasına dərhal başlamağı tapşırmaqla bağlı razılığa gəliblər.
"Dövlət başçıları dünən telefon danışığı zamanı həm şəxsi təmasların davam etdirilməsi və ayrıca görüşün təşkili, həm də köməkçilərə müvafiq hazırlığa başlamaları ilə bağlı dərhal tapşırıqların verilməsi barədə razılığa gəliblər ", - o qeyd edib.
D.Peskov, həmçinin bildirib ki, telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb, bununla belə Moskva onları qanunsuz hesab edir.