Putin və Tramp: Oxşar cəhətlər
Aprel 01
11:56
2017
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin oxşar cəhətlərindən danışıb.
Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, Peskov Putin və Trampın beynəlxalq məsələlərdə prinsipial mövqeyə görə bir-birinə bənzədiyini vurğulayıb:
"Hər iki prezident milli maraqların qorunmasının priotitet hesab edirlər. Biri ABŞ-ın, ikincisi Rusiyanın maraqlarını müdafiəyə çalışır. Hər ikisi bilir ki, hərdən milli maraqlar xatirinə həmkarlarla isit münasibətlər saxlanmalıdır”.
Peskov prezidentlərin mümkün görüşündən iki ölkə arasında münasibətlərin daha müsbət məcrada inkişafı üçün nəticə gözləndiyini deyib.
Qeyd edək ki, iki liderin görüşünün Hamburda keçirilməsi gözlənilir.



