Putin və Uitkoff dekabrın 2-də görüşəcəklər
Dekabr 01
09:45
2025
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşü 2 dekabrda baş tutmalıdır.
"Report" xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat paylaşıb.
Qeyd olunub ki, Uitkoff artıq 1 dekabrda Moskvaya yola düşəcək.
Xatırladaq ki, 30 noyabrda Mayamidə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar keçirilib.



