SON XƏBƏR

Putinin mətbuat katibi prezidentin Yeni ili necə qeyd edəcəyi barədə danışıb

Dekabr 22
11:33 2016
Rusiya prezidenti Vladimir Putin Yeni ili ənənəvi olaraq öz yaxınları, doğmaları ilə qarşılayacaq.

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov "MİR" telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, dövlət başçısı Yeni il gecəsində rusiyalılara tele-müraciətini izləyəcək.

"Prezident Yeni ili hamı kimi ənənəvi olaraq, yaxınları, dostları ilə birlikdə qeyd edəcək" – deyə Dmitri Peskov Putinin 2017-ci ili necə qeyd edəcəyi barədə suala cavabında deyib.

"Prezident özünün televiziya vasitəsilə xalqa müraciətini izləyəcəkmi?" – sualını Peskov "Əlbəttə, mən buna əminəm" - deyə cavablandırıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook