"Qarabağ" klubu dünya reytinqində geriləyib

Fevral 10
10:42
2025
"Qarabağ" klubu dünya reytinqində 6 pillə geriləyib.
Azərbaycan çempionu hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən "Zirə" (103,25 xal) 208-ci sıradadır.
14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu ola bilib.