SON XƏBƏR

Qarabağda torpaq islahatları beynəlxalq təcrübə əsasında həyata keçiriləcək

Fevral 16
12:55 2023
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək.

"Report" xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

"Bu ayın sonunda dövlət qurumlarının rəsmilərindən ibarət böyük nümayəndə heyəti Türkiyə və İsrailə səfər edəcək, bu ölkələrin torpaq islahatı sahəsində təcrübəsi öyrəniləcək. Ümid edirəm ki, tezliklə bu məsələyə aydınlıq gətiriləcək", - deyə o qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook