“Qaz potensialımıza dair böyük gözləntilər var” - Azərbaycan Prezidenti
Dekabr 13
16:03
2022
Hazırda "Şahdəniz” qaz-kondensat yatağında dərində də qazma işləri aparılır.
Onun sözlərinə görə, bu, çox maraqlıdır: "Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, əsl vaxtında olacaq: "Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda "Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək”.



