SON XƏBƏR

Qazaxıstandan Dubaya uçan təyyarə nasazlıq səbəbindən geri qayıtdı

Aprel 10
10:11 2017
Qazaxıstanın "Eyr Astana" aviaşirkətinin bu gün səhər Alma-Atı-Dubay reysi ilə uçan təyyarəsi geri qayıdıb. Trend- xəbər verir ki, avişirkətin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə havaya qalxandan sonra texniki nasazlıq yaranıb və bu səbəbdən hava gəmisi geri qayıtmağa məcbur olub.
 
Təyyarədə 133 sərnişin olub. Mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlər başqa təyyarə ilə bir qədər ləngimə ilə Dubaya yola salınacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook