Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edildiAzərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, ötən ilin iyulunda pop-MMA turnirində Rzayev rinqdə olarkən rəqibini "rus donuzu..
Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilibƏkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, məhkəmə Əkrəm İmamoğluya "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq”da..
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşdüHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb.
Qlobal.az bu barədə Azərt..
Qazi şikayət edir: "Novxanıda “AF Beach Hotel”dən ödənişimi ala bilmirəm"
Novxanıda fəaliyyət göstərən AF Beach Hotel, bir qazinin zəhmətini heçə sayaraq həm borc öhdəliyindən yayınır, həm də fiziki təzyiqə bənzər davranışlarla çəkilişə mane olur. Bu, təkcə bir vətəndaşın deyil, hüquq dövləti prinsiplərinin açıq şəkildə tapdanması deməkdir.
Müharibə iştirakçısı olan qazimiz şəxsi təşəbbüslə qurduğu çiçəkçilik fəaliyyəti çərçivəsində oteldən 640 manatlıq gül sifarişi qəbul edir. Güllər vaxtında hazırlanaraq otelə çatdırılır, sifariş yerində təhvil verilir və təqdimatın videosu otelin daxilində lentə alınır. Lakin sifarişdən dərhal sonra vəd edilən ödəniş bir gün, iki gün, hətta bir həftə keçsə də həyata keçirilmir.
Ən maraqlısı isə, qazimiz otelə yenidən müraciət etdikdə AF Beach Hotel-in əməkdaşları çəkiliş aparan şəxslərə mane olur, onları məkanın içindən qovur və sifarişi tamamilə inkar edirlər. Orada olan otel nümayəndəsi açıq şəkildə bildirir:
"Biz sizdən heç nə almamışıq.”
Bu isə artıq aldadıcı kommersiya fəaliyyəti, yalan bəyanat, əmlak dəyərinin mənimsənilməsi, ictimai çəkilişə qanunsuz müdaxilə və qaziyə qarşı hörmətsizlik deməkdir.
Əlavə olaraq, otel əməkdaşları qazinin "Ödəniş etmirsinizsə, heç olmasa gülləri geri qaytarın” tələbinə qarşılıq olaraq bildiriblər:
"Nə gül veririk, nə pul. Hara istəyirsən şikayət et. Buranın yiyəsi elə-belə adam deyil.”
Bu hansı qanunla əsaslandırılır?
Əgər bir otel rəhbərliyi sifariş verib, xidmət alıb, sonra bunu inkar edirsə və üstəlik qaziyə qarşı qeyri-insani davranırsa — bu artıq cəmiyyət üçün təhlükə mənbəyidir.
Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.patrul.az