“Qazprom” “Türk axını”nın inşasına başlayır - Aleksey Miller
May 05
12:01
2017
Rusiyanın "Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller şirkətin "Türk axını” layihəsinin hazırlıqlar mərhələsinin başa çatdığını və boru xəttinin dəniz hissəsinin inşasına ən yaxın günlərdə başlanacağını açıqlayıb.
SalamNews-un "Haberler”-ə istinadla verdiyi xəbərə görə, A.Miller Rusiya Prezidenti Vladimir Putinə bu barədə məlumat verib.
"Hazırda bütün hazırlıqlar tamamlanmış vəziyətdir. Qarşıdakı günlərdə "Türk axını” boru xəttinin dəniz hissəsinin inşasına başlamağa hazırıq", - deyə Putinlə görüşmüş Miller bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilmiş görüşdə bu mövzunun müzakirə edildiyini qeyd edən Putin işə başlamağın lazım olduğunu deyib və layihənin dəniz hissəsində boruların çəkilişinə başlamağı tapşırıb.