SON XƏBƏR

Qiyamçıların basqın etdiyi TRT xəbər studiyasının adı dəyişdirildi- Qərar

İyul 27
21:20 2016
Türkiyədə çevrilişçilərin basqın etdiyi TRT studiyasının adının dəyişdirilməsi ilə bağlı qərar verilib.
 
Axar.az xəbər verir ki, TRT məsələ ilə bağlı mətbuata açıqlama verib.
 
"Türkiyənin demokratiya tarixinə qara səhifə kimi daxil olan 15 iyul günü xainlərin hədəflərindən biri də Türkiyə Radio Televiziya Yayım Qurumu olub. Əziz millətimiz böyük bir cəsarət və qətiyyətlə ölkəsinə və TRT-yə sahib çıxaraq, bu alçaqcasına edilən çevrilişin qarşısını alıb. Bu vəsilə ilə əziz millətimizə bir daha minnətdarlığımızı bildirir, bundan sonra TRT-nin xəbər studiyasının adının dəyişdirilərək "15 iyul millət studiyası" olacağını bildiririk", - məlumatda qeyd edilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook