SON XƏBƏR

Q.Marqvelaşvili: "Gürcüstanın Avropa Birliyinə daxil olması Azərbaycanın və Rusiyanın xeyrinədir "

Sentyabr 06
10:01 2017
"Gürcüstanın hədəfi - Avropa Birliyinə daxil olmaqdır və mən düşünürəm ki, bu, Rusiyanın, Azərbaycanın, Ermənistanın və Türkiyənin xeyrinədir".

Virtualaz.org bildirir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forumda deyib.
 
"Gürcüstan öz qonşularının maraqlarına hörmət edir və istəyirik ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Güclü Avropa Gürcüstanı bütün regionun xeyrinədir, həmçinin Rusiyanın", - o vurğulayıb.
 
"Gürcüstan mütləq ümumi Avropanın bir hissəsi olacaq və mən buna əminəm. Gürcü xalqı öz tarixi partnyorlarının arasında olmaq üçün bunu arzu edir", - deyə Marqvelaşvili əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook