Qorbaçov xəstəxanaya yerləşdirildi
							Dekabr 19
									
										20:47
										2019
									
SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
Bu barədə "Moskva” agentliyi məlumat yayıb. 88 yaşlı eks-prezidentin sətəlcəm olduğu deyilir.
Qorbaçov Fondundan isə keçmiş Prezidentin səhhəti ilə bağlı açıqlama verməkdən imtina ediblər. "Biz heç nə deyə bilmərik. Belə məlumatı tibbi informasiya olduğu üçün şərh etmək səlahiyyətimiz yoxdur”, - deyə Fondun mətbuat xidmətinin rəhbəri Pavel Palajçenko bildirib.
"Qafqazinfo” xatırladır ki, Mixail Qorbaçov SSRİ-yə 1990-cı il martın 15-dən 1991-ci il dekabrın 25-dək rəhbərlik edib.