Qorbaçovun sözləri başına bəla oldu
May 22
17:26
2016
Krımın Rusiyaya birləşdirilməsinə haqq qazandırdığı üçün Mixail Qorbaçovun Avropaya girişinə qadağa qoyulmasına çalışacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko "Danışır Moskva” radiosuna deyib.
"Diplomatik kanallar vasitəsilə Qorbaçovun Avropaya girişinə qadağa qoyulması və onun fondunun artıq maliyyələşdirilməməsi barədə müraciət edəcəyik. Çünki bu fond Ukrayna və Rusiya arasında nifrətin artmasına çalışır. Qorbaçov ehtiyatsız hərəkətləri ilə tək SSRİ-ni dağıtmadı, həm də Rusiyanı məhv edir”, - Geraşenko bildirib.
Qeyd edək ki, Qorbaçov İngiltərənin "Sandey Tayms” qəzetinə müsahibəsində Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyib.

Qlobal.az