Qoşqar Təhməzlinin şirkəti tenderdə 865 min manat uddu
Dekabr 19
18:41
2025
İnnovasiya və Təchizat Mərkəzi "Medeks” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Medeks” şirkəti 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşən şirkətin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.
"Medeks” MMC-nin rəsmi veb-səhifəsində şirkətin 2006-cı ildə təsis olunduğu qeyd edilib. Maraqlıdır ki, şirkət təsis edildikdən 2 il sonra dövlət qeydiyyatına alınıb.
Araşdırmalarımız zamanı məlum olub ki, Elşən Abbasovdan əvvəl şirkətin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahi oğlu olub. O, 2016-cı ilədək şirkətə rəhbərlik edib. Mediada gedən məlumatlara görə, şirkətin təsisçisi də Qoşqar Təhməzlidir.
Qoşqar Təhməzli Azərbaycan Qida Agentliyinin (AQTA) sədridir. O, qurumun rəhbərliyinə 2017-ci ildə təyinat alıb.
Mediada gedən məlumatların təhlili göstərir ki, "Medeks” MMC hələ də Qoşqar Təhməzlinin nəzarətindədir.
Qlobal.az