SON XƏBƏR

Qüdsdə “Əl-Aksa” məscidinin girişindəki metal detektorlar və kameralar götürülüb

İyul 26
00:06 2017
Qüdsdə "Əl-Aksa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib. 

Qeyd edək ki, iyulun 14-də Qüdsdə "Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti "Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb. 

İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook