SON XƏBƏR

“Quran”ı qadağan edib, məscidləri bağlayacağıq”: PARTİYA SƏDRİ

Fevral 14
12:39 2017
Hollandiyanın irqçi Azadlıq Partiyasının sədri Geert Vilders 15 martda ölkədə keçiriləcək seçkilərdə qələbə qazanacaqları təqdirdə "Quran”ı qadağan edəcəklərini deyib. 
 
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, məscidləri də bağlayacağını vəd edən partiya sədri söylədiklərini seçki ilə bağlı bildirşlərində və təbliğat materiallarında da əks etdirib.
 
NPO televiziyasına açıqlama verən partiya sədrinin sözlərinə görə, islamçılıq nasist ideologiyasından daha təhlükəlidir. 
 
Hitlerin "Mənim mübarizəm” kitabının qadağan edildiyini deyən  Vilders  "Qurani-Kərim”in Hiterin əsəri ilə müqayisədə daha antisemitist olduğunu iddia edib. Müsəlmanların müqəddəs kitabının zorakılıq təbliğ etdiyini deyən Vilders seçkidə qələbə qazanacaqları təqdirdə "Quran”nın açıq satışının qadağan ediləcəyini bildirib: "Hitlerin kitabı qadağan edilirsə, "Quran” da qadağan edilməlidir”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook