Qurban Qurbanov Premyer Liqaya dair təklif irəli sürüb
![](https://qlobal.az/photo/680x365/2024-05/1715067701_a3176687-d07e-4acf-b505-d541bd85d56e.jpg?1722044806)
May 07
11:41
2024
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasını istəyir.
Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxəssis gələn mövsüm də əcnəbi senzinin indiki kimi (7+4) qalmasına tərəfdardır.
Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Qurbanov hesab edir ki, limitin 8+3-ə dəyişməsi Premyer Liqanın səviyyəsini artırmayacaq.