SON XƏBƏR

Qvardiola onu fantastik oyunçu adlandırdı

Mart 15
14:21 2023
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq”ə 7:0 hesabı ilə qalib gəldikləri cavab oyununu şərh edib.

Qol.az xəbər verir ki, o, komandasının ilk dəqiqədən sonra qədər yaxşı oynadığını deyib: "Hər kəs həm topla, həm topsuz yaxşı oynadı. Çoxlu qol vurduq. Erlinq heyrətamiz idi, amma ümumilikdə hamı qeyri-adi oynayırdı.

60 dəqiqədə 5 qol! Haalanq fantastik oğlan, böyük istedaddır. Güc, psixologiya … O, anadangəlmə qalibdir. Haalandın problemi odur ki, 2 və ya 3 qol vurmasa, tənqid olunacaq”.

Mütəxəssis ÇL-də ilk dəfə çox qol vurmadıqlarını söyləyib: "Real”a 4, "Monako”ya 6 , "Tottenhem”ə 4 qol vurduğumuz oyunlar olub.
Problem vurulan qollarda deyil, buraxılan axmaq qollardadır”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook