Rasim İldırımzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən ifadə verib

Aprel 15
16:12
2025
Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımın və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Qurban Piriyev ifadəsinə davam edib.
O, Rasim İldırımın vəkilinin suallarını cavablandırarkən bildirib ki, Azərbaycanda iş qurmaq məqsədi ilə təqsirləndirilənlərə pul verib: "Mən biznes qurmaq məqsədi ilə ərazi axtarırdım. Yanında göl olan geniş sahədən kiçik bir hissəni almaq üçün təqsirləndirilənlərlə danışdıq. Ərazinin pulunu ödədikdən sonra uzun müddət onlardan səs çıxmadı deyə məsələ bu yerə gəldi".
Daha sonra prosesdə ifadə verən şahid Natiq Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Qoşqar Məmmədov onun dostudur, digərilərini tanımır: "Mən Qurban Piriyevin vəzifəyə qoyulması ilə bağlı evdə gedən söhbətlərdə Rasim İldırımın adını eşitmişdim. Onu da anam danışanda bilmişəm. Anam isə vəfat edib. Ona görə məni istintaqa çağırıblar. Anamla Qoşqar bu mövzularda danışıblar. Dəqiq hansı məqsədə Qurban Piriyevə vədd verildiyini bilmirəm. Sadəcə, vəzifə sözünü eşitmişəm".

Digər şahidin dindirilməsi üçün proses mayın 13-dək təxirə salınıb.
Qlobal.az